18.09.2021
Gəncə Regional Mədəniyyət idarəsi Mərkəzi Kitabxananın Oxu zali 18 Sentyabr Milli Musiqi günü münasibəti ilə "Musiqi əsil ümumbəşəri dildir" adlı musiqili görüş kecirdi.Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq iştirakcıları salamladı və 18 sentyabr Milli Musiqi günü tarixi ilə bağlı çıxış etdi. Tədbirdə, Gəncə Dövlət Universitetinin "Musiqi fənləri" kafedrasının müdiri,sənətşünaslıq elmləri doktoru,professor Sevda Qurbanəliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasınınn böyuk elmi işcisi Mehparə Rzayeva musiqi tariximizdən,Milli musiqimizin çoxşaxəli qollarından,Ü.Hacıbəylinin milli musiqimizə bəxş etdiyi əsərlərindən,Üzeyir Hacıbəyli dünyasından maraqlı çıxışlar etdilər.
Respublikanın əməkdar artisti, Gəncə Dövlət Filarmoniyasının solisti, 4 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi Kəmalə Tağızadə Ü.Hacibəylinin " Sənsiz" romansı ilə çıxış etdi.Tədbirdə Gəncə şəhər 4 və 5 nomrəli Uşaq Musiqi məktəbi, Samux rayon Qarayeri qəsəbə və Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər 5 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi,Gəncə Aşıqlar Biriyinin üzvü aşıq İlqar Nəcəfoğlu öz musiqi töhfələri ilə tədbirdə rəngarəng musiqi proqramı ilə çıxış etdilər.
Sonda Gəncə şhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova tədbir iştifakçılarını bayram münasibəti ilə təbrik etdi və iştirak ücün hər kəsə öz təşəkkürünü bildirdi.